Ermənilər Rusiya Səfirliyinin qarşısında aksiya keçirəcək

Sabah ermənilər Rusiyanın İrəvandakı səfirliyinin binası qarşısında erməni iş adamı Levon Ayrapetyanın azadlıqdan məhrum edilməsinə etiraz olaraq aksiya keçirəcək.


Bu, son 10 gündə Rusiyanın səfirliyinin binası qarşısında ermənilərin keçirdiyi üçüncü etiraz aksiyasıdır. Bundan əvvəlki aksiyada onlar səfirliyin binasını yumurta "atəşinə" tutmuşdu. Həmin iki aksiyada ermənilər Rusiyanın Azərbaycana silah satmasına etiraz ediblər.

Qeyd edək ki, Moskvanın Zamoskvoretsk məhkəməsi Levon Ayrapetyanı 700 min dollarlıq maliyyə fırıldağında təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqqına qərar verib. Məhkəmə hökmünə əsasən, o, cəzasını ümumi rejim islah əmək koloniyasında çəkəcək.

azvision.az