Liberiya Futbol Federasiyasının başqanı Musa Biliti FİFA prezidentliyinə namizədliyini irəli sürüb.
Bu barədə xarici mətbuatda xəbər yayılıb.
Bildirilir ki, onun namizədliyi 5 futbol assosisasiyası tərəfindən dəstək alıb.
Qeyd edək ki, FİFA-nın prezident seçkiləri fevralın 26-ı keçiriləcək.