İrəvan Lavrov qarşısında şərt qoyur

Ermənistanın Respublika partiyası fraksiyasından olan deputat Artak Davtyan hesab edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu ölkəyə səfəri zamanı Qarabağ münaqişənin nizamlanması üzrə yeni təkliflər müzakirə edilməyəcək, əksinə daha əvvəl gündəmdə olan məsələlər müzakirə ediləcək.


Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

"Hesab edirəm ki, danışıqlar və müzakirələr daha əvvəl gündəmdə olan prinsiplər üzərində aparılacaq. Fikrimcə, yeni təkliflər olmayacaq”, - deyə erməni deputat qeyd edib.

Ümumilikdə, Davtyan şərtlərin Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası” üçün uyğun olmadığı halda qəbul edilməyəcəyini bildirib.