"Hələ bundan sonra da Azərbaycan Kikboksinq Federasiyasının uğurları davam edəcək”. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti, Azərbaycan Sahibkar Konfederasiyasının üzvü Səbuhi Rəcəb Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Çempionatında yığma komandanın uğurlar ilə bağlı fikirlərini bölüşərkən söyləyib.
"Kikboksçularımızın beynəlxalq uğur və nailiyyətləri ölkəmizin adına yazılır. Kikboksçular bu vəzifəni şərəflə həyata keçirirlər. Son illər ölkəmizdə idmana böyük maraq yaranıb. Beynəlxalq nailiyyətlərimiz bir daha Azərbaycanda qeyri-olimpiya növü olan kikboksinqin inkişafını göstərir. Artıq kikboksinq ölkədə populyar idman növləri sırasındadır və keçirilən yarışlar bunu təsdiqləyir. Yeni kikboksinq mərkəzlərinin təntənəli açılışları bu idman növünün gələcək perspektivlərindən xəbər verir və gənclər arasında idmana böyük maraq yaradır. İdman mərkəzlərimizdə yüzlərlə gənc kikboksinqin sirlərini öyrənirlər”, -deyə vitse-prezident əlavə edib.
Xatırladaq ki, Səbuhi Rəcəb "12 May” Kobra kikboksinq idman klubunun prezidenti Kikboksinq Federasiyasının vitse prezidentidir.