İŞİD Davudoğlunu öldürmək istəyib

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Konyada iştirak edəcəyi tədbirdə ona qarşı hazırlanan sui-qəsd planı ifşa olub.

Suriyadan olan İŞİD terror qruplaşmasının 3 üzvü sui-qəsd üçün ərazidə kəşfiyyat apararkən saxlanılıb.


Məlumatda qeyd olunur ki, Davudoğluna qarşı sui-qəsd hazırlayan kamikadzelər iki aydır ki, hazırlıq işləri aparırmış. Xəbərdə əlavə olunub ki, polis sui-qəsd planından xəbərdar imiş və onları daima nəzarətdə saxlayırmış.