İsmayıllı idmançıları bir qızıl və iki gümüş medal qazanıblar

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid idman təqvim planına uyğun olaraq 23-27 noyabr 2016-cı il tarixlərdə İdman Məktəblərin VIII Respublika Oyunlarının proqramına daxil olan ağır atletika idman növü üzrə 2003-2004-cü təvəllüdlü idmançılar arasında Gəncə şəhərində keçirilən yarışda İsmayıllı idmançıları bir qızıl və iki gümüş medal qazanıblar. Ağır atletika üzrə məşqçi müəllim Vüsal Ağayevin yetirmələri Rəhimov Kənan I yer,Qaçayzadə Zülfiqar və Məmmədli Əadələt II yerə layiq görülüblər.