Amerikalı fotomodel, pornoulduz Kim Qardaşyanın atalığı özünün qadın kimi tanınmasına üstünlük veridiyini bəyan edib.Sabahinfo.az Washington Postqəzetinə istinadən xəbər verir ki, Mon Real -1976 Olimpiya oyunlarının çempionu olmuş Bryus Cenner ABC kanalına qadın paltarında çıxıb. 65 yaşlı idmançı hələ 1976-cı ildən özünü qadın kimi hiss etdiyini etiraf edib: "Daha həqiqəti gizlətmək gücündə deyiləm. Əvvəllər utanardım, ictimaiyyətin qınağından qorxardım. İndi isə yalnız öz həyatımı yaşamaq istəyirəm”.
Qeyd edək ki, Bryus Cenner Qardaşyanın anası ilə 1991-ci ildə evlənib, 2014-cü ildə isə boşanıblar.
Şəfa Rza