Kürdəmirdə futbol üzrə məhəllə komandaları arasında rayon turniri keçirilib

Avqust ayının 23-dən 30-u tarixinədək Kürdəmir Olimpiya idman kompleksində məktəblılərin yay tətillərinin səmərəli təşkili məqsədi ilə idmanın futbol növü üzrə məhəllə komandaları arasında rayon turniri keçirilib.

Sabahinfo.az xəbər verir ki, yarış Beynalxalq Futbol Federasiyasının müəyyən etdiyi qaydalara əsasən keçirilib. Yarışda 8 məhəllə futbol komandası iştirak edirdi. Turnirdə dairəvi sistem üzrə keçirilmiş oyunların nəticələrinə görə I yeri "Qəbələ” məhəllə futbol komandası, II yeri "İnter” məhəllə futbol komandası, III yeri isə "Neftçi” məhəllə futbol komandası qazandılar.

Yarışda qalib gələn komandalara və fərqlənən idmançılara Kürdəmir rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.