Mağazadan 120 minlik qızıl apardılar - ŞOK SOYĞUN

Bakıda mağazadan külli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, Natavan Tağıyevaya məxsus mağazadan oğurlanan qızıl 120 min manat dəyərində olub.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Ağdam rayon sakinləri Bəhruz Hüseynov və Pərviz Paşayev tutulublar.

Faktla bağlı araşdırma aparılır.