Binə qəsəbəsində fərdi yaşayış evinə basqın olub. Evin xanımının boğazına bıçaq çəkən basqınçılar qızılları və pulları götürərək qaçıblar.
Sabahinfo.az ANS-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. Naməlum şəxslər qəsəbənin Südçülük sovxozu adlanan ərazisində yaşayan 36 yaşlı Nazim Baxşıyevin evinə basqın ediblər. Hadisə səhər saatlarında törədilib. Bu zaman isə evin xanımı mənzildə övladı ilə birgə olub.
Həyatə Baxşıyevanın sözlərinə görə, 3 maskalı şəxs ona yaxınlaşaraq əl-qolunu bağlayıblar. Zərərçəkən əllərində silah olan maskalı şəxslərin daha sonra ona məznildə pulların yerinin deməsini istəyiblər. Əlacsız qalan xanım pullarla yanaşı qızıl zinət əşyalarını da naməlum şəxslərə verib. Dediyinə görə, basqın edən şəxslər onun boğazına bıçaq dirəyərək hədə qorxu gəliblər.
İstəklərinə nail olan maskalı şəxlər əldə etdikləri qənimətləri də götürərək evi tərk ediblər. Aparılan araşdırmalar zamanı hadisəni törədən hər 2 şəxs saxlanılaraq istintaqa cəlb olunub. Digər bir nəfər isə axtarışdadır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.