Təhsil nazirliyi son günlərdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı yazılanlar barədə məlumat yayıb.
AzNews.az xəbər verir ki, nazirliyin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov şaiyə effekti doğuran bu cür məlumatların bilərəkdən ictimai müzakirələrə sızdırıldığını deyib.
O, hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halına rast gəlinərsə, anonym deyil, adlı müraciət edilməyin lazım olduğunu vurğulayıb:
"Hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar. Əgər belə hallar varsa, bu tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir”.
C.Valehov belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslərdən Təhsil Nazirliyinin 146-1 qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət etməsini xahiş edib.