Aprelin 18-də İslamabadda Azərbaycan-Pakistan Media Forumu (APMF) və Baydari Fikri Forumunun birgə toplantısı keçirilib.Lent.az-ın məlumatına görə, toplantıda Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması oxunub. Daha sonra tədbirdə Pakistanın sabiq xarici işlər katibi, APMF-nun baş katibi Əkrəm Zəki, sabiq federal nazir Dr. Qulam Xan, Pakistan jurnalistləri federal birliyinin sabiq baş katibi Riffat Kadri çıxış edərək Avropa Parlamentində qəbul edilmiş qətnamə haqqında fikir mübadiləsi aparıblar. Natiqlər bu qətnamənin tam əsassız və qərəzli olduğunu qeyd edərək, 1918 – ci ilin mart ayında və 1992-ci ilin fevralında ermənilərin Azərbaycanlılara qarşı soyqırım törədiklərini bildiriblər.
Toplantı haqqında məlumat "PAMF və BFF qondarma "erməni soyqırımını” pisləyirlər” adlı məqalə "National Herald Tribune” və "Statetimes” qəzetlərində dərc edilib.
Pakistanın diplomatik çevrələrdə xüsusi çəkiyə malik olan "Centreline” jurnalı və "Diplomatic News Agency” informasiya agentliyi tərəfindən "Avropa Parlamentinin "erməni soyqırımına dair qətnaməsi qərəzli və əsassızdır” adlı material dərc edilib. Yazıda, Avropa Parlamentinin 15.04.2015 - ci il tarixində qondarma "erməni soyqırımı”-na dair qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması öz əksini tapıb. Eyni zamanda, adı çəkilən media mənsubları tərəfindən Şotlandiyada nəşr edilən "Press and Journal” qəzetində nəşr edilmiş məqalə əsasında hazırlanıb "Press ənd Cornal : Ağdamda baş vermişlər Azərbaycanlılara qarşı soyqırımıdır” adlı məqalə dərc edilib.
Materiallarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.
http://dnanews.com.pk/?p=40528
http://centreline.com.pk/?p=4937
http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=2&dt=20-04-2015
http://dnanews.com.pk/?p=40765
http://centreline.com.pk/?p=4941