Türkiyədə hərbi qiyam cəhdi ilə əlaqədar saxlanılmış Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri, general İsmayıl Gürgən azad edilib.
Sabahinfo.az-ın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, general istintaq dövründə azadlıqda qalacaq.
Qeyd edək ki, general iyulun 16-da səhərə yaxın polis tərəfindən saxlanılıb.