“Real” və “Barselona” eyni qapıçını transfer etmək istəyir

İspaniya "Real" və "Barselona" klubları PSJ-nin qapıçısı Alfons Areolanı transfer etməyi planlaşdırırlar.

Hər iki klub 23 yaşlı qolkiperlə maraqlanır. Yaydan A.Areolanı transfer etmək istəyən sözügedən klublar bu istəklərinə nail ola bilməyiblər.

"Real" və "Barsa"nın yenidən fransalı qapıçının keçidini həll etmək üçün PSJ ilə yaxın günlərdə danışıqlara başlayacaqları gözlənilir.

Qol.az