Roma Papası Fransiski Türkiyəyə dəvət edildi

Türkiyənin iqtisadiyyat nazirinin müavini Adnan Yıldırım Roma Papası Fransiski Türkiyəyə dəvət edib.


Türkiyə mətbuatında yer alan xəbərə görə, nazir papanı "EXPO-2015” Türkiyədəki sərgisinə dəvət edib. İtaliya mətbuatı isə türkiyəli rəsminin bu dəvətini Papanın 12 apreldə keçirdiyi ayində "soyqırım” ifadəsini deməyindən sonra tərəflər arasında buzların əriməsi kimi şərh edib.

Vatikanın `EXPO 2015` Komitəsi və həmçinin Papanın Mədəniyyət Şurasının Rəhbəri Kardilan Qiafranko Ravasi isə A.Yıldırımın açıqlamasından məmnun olduğunu deyib:

"Türkiyəli nazir müavinin açıqlamasını oxudum. Vatikan nümayəndə heyəti EXPO ərzində bir çox tədbirlərə qatılacaq. Açılışdan sonra nümayəndə heyətimiz Türkiyənin dəvətini məmnuniyyətlə qəbul edəcək. Biz də Türkiyə nümayəndə heyətini Vatikanda gözləyirik”.