Rövnəq Abdullayev Gürcüstanın baş naziri ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.


Apa-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə strateji məsələlər, cari investisiya layihələri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə SOCAR-ın Gürcüstanda ən böyük investisiya yatıran şirkətlərdən biri olduğu bildirilib.

Tədbirdə Azərbaycan Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak edib.