Saakaşvili Gürcüstana nə vaxt qayıdacağını açıqladı

Gürcüstan hakimiyyətinin barəsində axtarış elan etdiyi Odessanın qubernatoru Mixail Saakaşvili vətəninə parlament seçkilərindən sonra qayıdacağına söz verib.

Sabahinfo.az xarici KİV-ə istinadən bildirir ki, o, yaratdığı "Vahid milli hərəkat” partiyasının 2016-cı ilin oktyabr ayında keçiriləcək parlament seçkilərində qalib gələcəyinə əmin olduğunu bəyan edib.

"Bu seçkiləri keçirmək lazımdır, qalib gəldikdən sonra gəlib qələbə çalan adamlara kömək etmək lazımdır”, - o, deyib.

Odessanın qubernatoru qeyd edib ki, Gürcüstanın siyasi həyatında indi yalnız iki lider – o və keçmiş baş nazir Bidzina İvanişvili var: "İndiki mərhələdə üçüncü adam yoxdur.

Bu mənim üzərimə böyük məsuliyyət qoyur, bir daha təkrar edirəm, Ukraynada başqa vəzifə üçün can atmadığım kimi, Gürcüstanda da heç nə üçün çalışmıram. Mənim vəzifəm ondan ibarətdir ki, heç zaman olmadığı kimi daha yaxşı olum”, - keçmiş prezident vurğulayıb.

Saakaşvili eyni zamanda onu da vurğulayıb ki, onun vətəninə qayıdışı Ukraynadan qaçışı mənasına gəlməməlidir: "Ona görə ki, mən