Tanınmış rus jurnalist Kiyevdə öldürüldü

Tanınmış rusiyalı jurnalist Pavel Şeremet Ukraynanın paytaxtı Kiyevdə avtomobilinin partlaması nəticəsində həlak olub.

Sabahinfo.az xəbər verir ki, "Ukrainskaya pravda”nın yaydığı məlumata görə, hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də jurnalistin işlədiyi "Radio Vesti”yə getdiyi zaman baş verib.


Avtomobil "Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olub.

Polis əməkdaşları hadisə yerində təhqiqat aparırlar.