Türkiyəli basketbolçu Amerikada ölü tapıldı

ABŞ-da türkiyəli basketbolçu ölü tapılıb.

Sabahinfo.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2010-cu ildə Türkiyə vətəndaşlığını qəbul edən basketbolçu Michael Wright (Əli Qaradəniz) Nyu-Yorkda ölü tapılıb.

Əli Qaradənizin meyiti avtomobilin içində tapılıb. Onun hansı səbəbdən öldüyü və yaxud öldürüldüyü hələ bilinmir.

Qeyd edək ki, ABŞ-lı əsilli basketbolçu 2005-2006-cı illərdə Tükiyənin "Beşiktaş Türk Telekom”, "Trabzonspor” və "Mersin Böyülşəhər Bələdiyyəsi” formalarını geyinib. Əli Qaradəniz son olaraq Fransanın "Cholet” klubunun şərəfini qoruyub.