1 milyon Rusiya vətəndaşı məcburən Türkiyəyə gedəcək.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Təhsil Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin başçısı Rimma Rzayeva deyib. O, mətbuata açıqlamasında bildirib ki, Rusiya ilə Türkiyə arasında dostluq və məhəbbət olmalıdır:"Gərginliyin heç bir ölkəyə faydası yoxdur. Türkiyədən ev alan ruslar da var. Onlar hələ evlərini satmayıb. Həmin vətəndaşlar da tətil üçün Türkiyəyə gedəcək”.
Rimma Rzayeva Türk və Rus evliliyindən ibarət 250 min ailənin olduğunu söyləyib:"Ən pis ehtimalla 1 milyon Rusiya vətəndaşı, yaz aylarında yenə Türkiyədə olacaq. Mən özüm də həm Türkiyə, həm də Rusiya vətəndaşıyam. Biz bu yaşanan gərginliklərin bir an əvvəl bitməsini istəyirik. Bu gərginliyi fürsət bilən İsrail və Yunanıstan, rusiyalı turistlərin öz ölkələrinə gəlməsi üçün dəvət və kampaniyalar təşkil edir”.