Bakıda qanunsuz tibbi maska satan şəxs saxlanılıb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. "Sədərək” ticarət mərkəzindən aldığı tibbi maskaları satmağa çalışan 30 yaşlı şəxs Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Məlum olub ki, o, Bakı sakini, 1990-cı il təvəllüdlü Z.Yarməmmədovdur. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi "VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Nəticədə, avtomobildən 1000 (min) ədəd tibbi maska aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
ELNARƏ HƏZİYEVA