Hindistanın Bixar ştatında baş vermiş daşqınlar nəticəsində ölənlərin say 222 nəfərə çatıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 1725 kəndi əhatə etmiş təbii fəlakət nəticəsində 3 mln.-dan adam zərər çəkib. Ştatın 12 rayonundan 400 minədək insan təxliyə edilib. Təxliyə edilən sakinlər üçün 300-dən çox müvəqqəti sığınacaq yaradılıb.