Dünyanın ən böyük şiə dövləti olan İran isə bu birlikdən kənarda qalıb
İslam ölkələri terrorla mübarizədə yeni ittifaq yaradıblar.Bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalı olan "Arabiya TV” məlumat yayıb. İttifaqda Qatar, BƏƏ, Türkiyə kimi ölkələr daxil olsa da, İran kimi böyük şiə ölkəsinin birlikdə təmsil olunmaması diqqəti cəlb edir. Yaranan yeni təşkilatın adı belədir: Terrora qarşı İslam İttifaqı.
Bildirilir ki, yeni təşkilat həm də hərbi funksiyanı yerinə yetirəcək və terrora qarşı mübarizə aparacaq. Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan təşkilatın mərkəzi ofisi Ər Riyad şəhərində yerləşəcək.
Maraqlıdır ki, təşkilatın bəyannaməsində "Məzhəbi və ya adı nə olursa-olsun bütün islamı pisliklərdən qorumaq” ifadəsi işlənsə də, ən böyük şiə ölkəsi olan İran bura üzv olmayıb.
İttifaqa daxil olan ölkələr bunlardır: Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Pakistan, İordaniya, Tunis, Qatar, Liviya, Mali, Mərakeş, Somali, Sierra Leone, Sudan, Komor Adaları, Mavritaniya, Niger, Nigerya, Yəmən, Qabon, Maldiv adaları, Gvineya, Fələstin, Çad, Toqo, Cibuti, Seneqal, Malayziya, BƏƏ, Bəhreyn, Banqladeş, Benin, Livan və Küveyt.
Lent.az