"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi karyerasını başa vurandan sonra məşqçi kimi çalışmaq istədiyini bildirib.
Sabahinfo.az goal.az-a istinadən xəbər verir ki,fransalı havbek "Bavariya"nın Avropada son klubu olduğunu bildirib.
"Əvvəllər başqa kluba keçmək barədə fikirləşmişəm. 2008, 2009-cu illərdə bütün böyük klublar məni istəyirdi. "Yuventus", "İnter", "Milan", "Barselona", "Real", "Çelsi", "Mançester Yunayted" və başqaları. Hamısına rədd cavabı verdim. Həmişə demişəm, "Bavariya" Avropada sonuncu klubumdur. Səhhətim imkan verənə qədər oynayacam. Ciddi zədəm olmasa, daha 2-3 il yaxşı futbol göstərə bilərəm. Artıq 10 ildir Münhendəyəm. Ailəm burda özümü komfort hiss edir. Karyeramı başa vurandan sonra "Bayer"də məşqçiliyə başlamaq imkanım olacaq. Aşağı yaş qruplarında çalışacam".