""Borussiya"nı ona görə seçdim ki..."

"Borussiya"nın futbolçusu Usman Dembele ötən yay Dortmund klubunu hansı səbəbə seçdiyini açıqlayıb.

sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, gənc hücumçu daha çox oynamaq istədiyini bildirib.

""Borussia"nı ona görə seçdim ki, daha çox oyun praktikam olsun. Klub nümayəndələri ilə danışıqlar apardım və onların dedikləri xoşuma gəldi. Onlar dedilər ki, lazımi səviyyədə oynasam, meydana çıxacam. "Borussia"da xoşbəxt olduğumu deyə bilərəm. Etdiyim seçimdən peşman deyiləm".

Dembele "Bayer Munix", "Barselona" və "Mançester Yunayted" kimi qrandların diqqət mərkəzində idi.