"Atletiko" - "Qarabağ" oyununun biletləri - Bakıda satışda

Azərbaycanlı azarkeşlər "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində"Atletiko” ilə keçirəcəyi səfər oyununu canlı izləyə bilərlər.

Sabahinfo.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, matçı stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini "Qarabağ”ın bazasından ala bilərlər.

Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür.

Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodur.

Qeyd edək ki, "Atletiko” – "Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.