"Azərbaycan qazı 2019-ci ildə Avropaya çatacaq" - TANAP-ın direktoru

"Azərbaycan qazının 2019-ci ilin ortalarından etibarən Türkiyədən keçərək Avropaya çatacaq. Layihə vaxtından öncə bitəcək”.Bunu TANAP-ın icraçı direktoru Saltuk Düzyol bildirib.

"2019-cu ilin ortalarından Avropaya qazı vermək imkanımız olacaq. Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan və BOTAŞ-a ilk qazı verəcək hissənin 77 faizi tamamlanıb. Bu günə qədər 3,2 milyon dollar sərf edilib. Həm TANAP, həm də Cənubi Qafqaz boru xətti təqvimə uyğun davam edir. Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində bir qədər gecikmə ola bilər”.

Layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 58%, BP şirkəti 12%, Türkiyənin "BOTAŞ" şirkəti isə 30% paya malikdir.(azvision)