NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasının iclası zamanı gərgin anlar yaşanıb.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışından sonra iclasın sual-cavab hissəsində söz alan Ermənistanın deputatı Koryun Nahapetyan Türkiyəyə qarşı ittihamlar səsləndirib.
Nahapetyanın "Türkiyə İŞİD-ə dəstək verir" - deyə səsləndirdiyi fikirlərə Çavuşoğlu sərt reaksiya verib: "Müxtəlif fikirlərimiz ola bilər. Amma əvvəl dürüst olmaq lazımdır. Təəssüf ki, ermənilər heç vaxt dürüst olmurlar. Biz İŞİD-ə necə dəstək verə bilərik? Bu günə qədər hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu öldürüb? Heç də dürüst olmayan şəkildə İŞİD-də dəstək verdiyimizi deyirsiniz" - deyə nazir erməni deputatı susdurub.
sabahinfo.Az azvision.az-a istinadən xəbər verir ki. Çavuşoğlunun çıxışına münasibət bildirən politoloq Fikrət Sadıqov deyib ki, Türkiyə XİN rəhbərinin erməni deputatı susdurması Ermənistanın yalan üzərində qurduğu "siyasət"inin fiaskosu idi: "Türkiyənin xarici işlər naziri erməni deputatın yalanlarını tutarlı arqumentlərlə fşa etdi. Sübut etdi ki, terrorizmi dəstəkləyən, başqa dövlətin ərazisini işğal edən ölkə məhz Ermənistandır. Bu, bir daha erməni yalanlarının iflası, fiaskosudur. Eyni zamanda qeyd edim ki, ermənilər son zamanlar belə hallarla tez-tez qarşılaşırlar. Artıq dünya erməni yalanlarından məlumatlıdır".
F.Sadıqov əlavə edib ki, Türkiyə bütün beynəlxalq tribunlarlda Azərbaycanın haqlı mövqeyini müdafiə edir: "Bu tədbirdə erməni deputat Türkiyəni İŞİD-ə dəstək verməkdə günahlandırdı. Çavuşoğlu isə gətirdiyi arqumentlərlə erməni deputatı yerində oturtdu. Hətta Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Çavuşoğlu bir daha sübut etdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır".