Elçin Quliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim
edirik.
-Elçin müəllim koronavirusun ikinci dalğası başlayıb. Bu virusla mübarizədə hökumət öz öhdəsinə düşən vəzifələri yerinə yetirir. Nəticə yaxşıdır. Ancaq arxayın olmaq olmaz. Sizcə virusdan qorunmaq üçün daha nə kimi addımlar atılmalıdır?
-Dünyada yaranmış pandemiya ilə bağlı bir çox addımlar atılıb. Azərbaycan
dövləti, cənab Prezidentimiz İlham Əliyev və çox hörmətli Vitse-Prezidentimiz
Mehriban xanım Əliyeva tərəfindən atılan qabaylayıcı addımlar, demək olar ki,
ölkədə virusun genişmiqyaslı, kütləvi yayılmasının qarşısını almışdır. Qısa
müddət ərzində dezinfeksiya matreallarının hazırlanması üçün zavodların,
qoruyucu məhsullar istehsal edən fabrikin yaradılması bunu deməyə əsas verir
ki, ölkədə ikinci dalğanın qarşısını almaq üçün lazımı tədbirlər həyata keçirilib. Təssəvvür
edin iki ay ərzində bayaq qeyd etdiyim kimi maska istehsal edən fabrik, spirt
və digər dezinfeksiya məhsulları istehsal edən zavod, xüsusi qoruyucu geyim
istehsal edən fabrik, 6 modul tipli xəstəxanalar inşa edilib. Dövlət tərəfindən
virusa qarşı mübarizə tədbirlərinə kifayət qədər pul vəsairləri ayrılıb. Tibbi
avadanlıqlar alınıb. Hər gün televiziya və radioda bununla bağlı təbliğat
aparılır. Sadəcə qalan məsuliyyət vətəndaşlarımızın üzərinə düşür. İkinci
dalğanın qarşısnın alınması üçün məsafə saxlamaq, gigiyenik qaydalara riayət
etmək, yumşalıdıcı tədbirilərin icrasına məsuliyyətlə yanaşmaq lazımdır.
İnsanlarımız bu qaydalara əməl etsə, Sizi inandırım ki, biz qısa zaman ərzində
bu virusa qalib gələcəyik. Bütün bunlarla yanaşı digər dövlətlərədə humanitar
yardımlarda olunub.
-Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar keçirilir.
Korrupsioner və rüşvətxorlar ifşa olunur. Rüşvət və korrupsiyanı gündəlikdən
çıxarmaq üçün zəruri addımlar hansılardır?
-Rüşvətxorluq və korrupsiya hər zaman günün ən aktual mövzusu olub. So
günlər bir neçə rayon icra hakimiyyətlərində, mərkəzi icra hakimiyyəti
orqanlarında aparılan əməliyyatlar bunu deməyə əsas verir ki, hələdə
cəmiyyətimizdə belə insanlar var. Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə çıxışlarında
məmurlara səslənərək qeyd etmişdir ki, xalqa xidmət edin. Kasıb insanların
haqlarını yeməyin. Çox təəssüf edirəm ki, ölkə başçısnın bu çağırışına məhəl
qoymayan bəzi üzdən iraq məmurlar öz çirkin niyyətlərini həyata keçirməyə nail
olublar. Dövlət isə bu çirkin əməllərin qarşısnı almaq üçün lazımi tədbirlər
həyata keçirir ki, cəmiyyəti belə tip məmurlardan xilas etsin. Bu kimi
tədbirlərin həyata keçirilməsi günün ən vacib məslələrindəndir. Bütün
bunlarla yanaşı Cənab Prezident gənclərin yüksək vəzifələrə irəli çəkilməsini
və onların xalqa xidmət etməsini tələb etməklə, bir çox rayonlara gənc icra
başçıları təyin edib. Və onlara tapşırıb ki, gedin rəhbərlik etdiyiniz
rayonlarda xalqa xidmət edin, neqativ halların qarşısnı alın. İnanıram ki,
cənab Prezidentimizin bu addımı cəmiyyətimiz üçün daha effektli olacaq və yeni
idarəçilik sistemində belə neqativ halların qarşısı alınacaq.
-Artıq gənclər yerlərdə icra başçısı təyin olunur. Bu təyinatlarla bağlı nə
deyə bilərsiniz?
-Bu günün Azərbaycan gəncliyi çox savadlı, müasir, informasiya
texnologiyalarını daha yaxşı bilən, yeni yanaşma metodları ilə işləməyi bacaran
dövlətinə, millətinə sədaqətli gənclərdir. Bu kateqoriyadan olan gənclərimiz
Cənab Prezidentimiz İlham Əliyev tərəfindən daim qiymətləndirilir. Nəin ki,
onları icra başçısı, hətda nazir və nazir müavinləridə təyin edir. Bu günün
tələbi budur. Biz cəmiyyətimiz üçün yeni, savadlı gənc kadrlar yetişdirməliyik.
Onların potensialından istifadə etməliyik. Məhz Cənab Prezidentimizdə bu
baxımdan gənclərin irəli çəkilməsinə və yeni idarəçilik sitemində onların
roluna da böyük ehtiyac olduğunu görüb bu adımlarıda atır. Ümüd edirəm
gənclərimiz də onlara göstərilən bu etimadı yüksək qiymətləndirəcək və
üzərlərinə düşən bu kimi məsuliyyətli vəzifləri icra edərkən Cənab
Prezidentimizin tövsiyyə və tapşırıqlarını əldə rəhbər tutacaqlar. Bir sözlə
gələcək gənclərin əlindədir.
Ədil Ədilzadə