"Ədalət parkı"

Musa Rəhimov İlk yazımdıki simamda gülüs var. səhər açılır və dərhal yola düşürəm. Metronun hər zamanki halı, pul dalıyca qaçan insanlar az qala qatara minmək üçün bir-birlərinin ətini yesinlər buqədər qəddarlaşıblar yəni. Qəzəb dolu baxışlar altında bir neçə stansiya getməli oldum sanki onların murdar qoxularını duymaq mənə xoşmuş kimi. Qarşıda daha uzun məsafələr və səfər məni gözləyirdi. Heç dayanacağ adlanan bu yerində metrodan fərqi yox idi. Müştəri üstündə söyüşən taksi şoferləri,qeybət qıran arvadlar,içi fahişə zahirən pak ama baxişları ilə adamı yeyən qızcığazlar, vorzakon əli təsbehli, darbalaq şalvarlı söz desən altını batıracaq qaqaşlar və.s bir sözlə nifrət etdiyim insan kütləsi. Nədənsə avtobusun bir küncündə boş yer görüb hüçkimə mərhəmət etmədən zəbt etdim oturacağı. Şüşə elə insanlar kimi kirli olsada görə bilirdim şəhəri. Yaxşı şeylər görəcəyimi zənn etsəmdə elə hey insanlar gördüm bütün yol boyunca… Ama baxmağa dəyərmiş sanki uzun zamandır axtardığım bir şeyi tapmışdım İlahi necə sevincli idim. İlk əvvəl qəribə gəldi inanmadım əlimlə pəncərənin tozunu silib daha dərin baxdım… "ƏDALƏT PARKI” həmdə böyük hərflərlə. Məncə siz heç sevinməyin orası sizin bildiyiniz kimi təm-təraqlı yada yaşıllıqlarla dolu deyil. Nədənsə mənə atomdan sonraki Çernobılı yada Xirosimonu xatırlatdı. Bəsit sadə insanların az gözə dəydiyi bir məkan… Neçə-neçe ruhlar gördüm səmasında uçuşan. Hamısının cəmləşmə səbəbi bir sual idi. ədalətsiz tanrını tapmaq.. Hamısı kinli və nifrət dolu idi. Bəlkədə parkın görünüşündəki vahimədə bundan idi.. bir neçə saniyədə sanki bütün parkı gəzərmiş kimi oldum ayrılmaq istəmədi, sevdi ruhum oraları… Yoxluğu xəyal edib heçliyi düşündüm.. ÖLMƏK ÜÇÜN ƏLA YERDIR… Birdə ruhuma əziyyeət verməmək adına böyük yollar qət etməsin deyə bu ruhlara qarışmaq onlarla eyni kini nifrəti bölüşmək istədim… Özlənəcək biri olmadıqımı düşünsəmdə, ruhum hərzaman oralarda bir yerlərdə olacaq tapa bilmədiyi ‘ədalət’ üçün...