"Erməni kartı"nın arxasında duran Türkiyə planı

Xəbər verildiyi kimi bu gün Almaniya bundestaqında 1915-cil hadisələri "erməni soyqırımı" kimi tanındı. Sual yaranır ki, niyə indi, özü də bu qədər sürətlə layihə parlamentə çıxarıldı və demək olar ki, 100% səslə qəbul olundu.

Əvvəlcə, "erməni soyqırımı" layihəsinin qəbulundən öncə Almaniya-Türkiyə münasibətlərindən danışaq.

Almaniya parlamentində qondarma erməni soyqırımının tez bir zamanda qəbul olunması böyük planın olmasından xəbər verir.
Almaniya erməni iddiaları vasitəsilə bir həmlə həyata keçirdi. Son bir ildə iki ölkə arasında mövcud olan münasibətlərə nəzər yetirək. Keçən ilin yayından etibarən başlayan suriyalı qaçqınlarla bağlı böhranın Avropanı təhdid etməsi Almaniyanın çiyinlərində yükə çevrilib.

sabahinfo.az anspress-ə istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel bu müddət ərzində 10 minə qədər suriyalını ölkəsinə qəbul etdi. Amma həmin suriyalı qaçqınların Almaniyada ucuz işçi qüvvəsi kimi istifadə edildiyi məlum oldu. Bundan sonra Merkel Avropa Birliyi ilə Türkiyə arasında qaçqınlarla bağlı razılığın əldə olunması üçün görüşlərin baş tutmasına təşəbbüs göstərdi.

Merkelin Türkiyə ilə yaxınlaşması müxalif qanadın, xüsusilə də qatı sağçıların sərt təpgisi ilə üzləşdi. Ortada belə bir mənzərə var idi: miqrant-qaçqın böhranından xilas olmaq istəyən və bunun qarşılığında Türkiyənin hər dediyini qəbul etməyə məcbur olan Almaniya. Bu, qatı sağçıları hərəkətə keçirdi və Merkelə təpkilər artdı. "Niyə Türkiyəyə bu qədər güzəştə gedirik" sualı yüksək səslə verilməyə başlandı.

Merkelin kəskin şəkildə tənqid olunması qatı sağçı, irqçi, hətta islam düşməni kimi tanıan "Almaniya üçün Alternativ" partiyasının trendini artırdı. İslama qarşı düşmənliyini açıq şəkildə bəyan edən partiya qısa müddətdə Almaniyada ən güclü 3 partiya sırasına daxil ola bilib.

Türkiyə ilə Merkel arasındakı yaxınlaşma AB ilə Ankara arasındakı miqrant-qaçqın razılaşmasının təməlinə də yansıdı. AB Türkiyənin şərtlərini qəbul edərək, qeyri qanuni köçün qarşısının alınması üçün Ankaradan kömək istədi.

Bu razılaşma ötən ay Brüssel sammitində qəbul edildi və viza rejiminin ləğvi ilə bağlı qəti qərarların verilməsi üçün zəmin yarandı. Lakin sonradan görüldü ki, AB vizalarla bağlı qərarın verilməsinin qarşılığında Türkiyəyə PKK terror təşkilatı üzərindən təzyiqlərə başladı.

Bax bu nöqtədə vəziyyət daha da gərginləşdi. Türkiyə bu təzyiqə "yox" dedi və razılaşma böhrana girdi. Onsuzda razılaşma qaçqınlarla bağlı idi, viza ilə deyil. Lakin AB sanki Türkiyə viza rejiminin ləğvi üçün Avropanın hər dediyini həyata keçirirmiş kimi göstərildi, vəziyyət isə başqa idi.

Almaniya miqrant-qaçqın razılaşmasının dalana dirəndiyi və Türkiyənin PKK təzyiqinə qarşı çıxdığı bir dönəmdə bir anda erməni iddiaları gündəmə gəldi. Deməli bu saatdan sonra qaçqın probleminə görə öz vəziyyətlərinin çarəsinə baxacaqlar, ya da bununla bağlı Türkiyə xaricində başqa bir planları var, bunu həyata keçirəcəkələr.

Əgər bu hədə siyasəti olsaydı, Almaniya erməni iddiaları bu qədər tezliklə qəbul etməzdi. Amma qanun layihəsi ildırım sürətilə parlamentdə səsverməyə çıxarıldı və hardasa 100% səslə qəbul olundu, bunun arxasında başqa bir planın olduğunu göstərir.

Almaniya bundestaqında "erməni soyqırımı" layihəsinin qəbulu Türkiyə üçün son deyil. Lakin Merkel üçün çətin vəziyyət yaradıb. Çünki Türkiyə ilə münasibətlərin pozulması Merkelin "taxtını" sarsıdacaq. Ankara Berlinə ciddi və sərt təpgilər verir, daha da verəcək. Nəticədə Almaniya-Türkiyə münasibətlərinin mənfiyə doğru irəliləməsi Türkiyə ilə yaxın əlaqədə olan Merkeli çətin günlərə sürükləyir.

Türkiyədən PKK və qaçqınlarla bağlı ümidini kəsən Almaniyanın erməni iddiaları ilə Merkeli cəzalandıraraq Türkiyə ilə münasibətləri gərgin nöqtəyə gətirməsi ölkə daxili yeni proseslərin başlamasına səbəb ola bilər. Almaniyada 3 milyon türk var. Erməni iddiaları dərsliklərə daxil ediləcək və bunun nəticəsində oaradakı türklərə basqı ediləcək.

Onsuzda müsəlmanlara qarşı həddindən artıq basqı var. Ölkədə gedən proseslər ondan xəbər verir ki, qatı radikal sağçılar getdikcə daha da güclənir. Bu isə Avropaya da sərf etmir.