Almaniyanın “Ştuttqart” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sabahinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi İspaniyanın “Barselona” klubundan 18 yaşlı yarımmüdafiəçi Noah Darviçi transfer edib.
Onunla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, gənc oyunçu 2023-cü ildən Kataloniya klubunun akademiyasında çıxış edib.