Rusiyanın Pyatiqorsk şəhərində keçirilən peşəkar kikboksinq üzrə Zurab Faroyan- Zöhrab Əzimov döyüşü ətrafında böyük qalmaqal yaşanır.
Sabahinfo.az-n məlumatına görə çox kikboksinq beynəlxalq kikboksinq aləmimdə rəsmən sayılan WAKO versiyası üzrə ücqat Dünya və altıqat Avropa çempionu olan kürd əsilli rusiya idmançısı ilə heç-heçə başa çatmıç döyüşünü bizim bəzi KİV-ri Zöhrab Əzimovun parlaq qələbəsi kimi təqdim etmiş, hətta onu rəqibinə nokautla qalib gəldiyini vurğulamışdır. Belə tərzdə döyüşün işıqlandırılması həmyerlimizin məşhur rəqibinində etirazına səbəb olmuş və Faroyan sosial şəbəkədərdə " Əgər Zöhrab Əzimov təkid edir ki, o qalib gəlib, mən onunla yenidən döyüşməyə hazıram və ona heç bir şans verməyəcəyəm!” çağırışını edib.
Elşən Abdulrəhimov və Əzimovun şəxsi məşüqçisi Hikmət Haciyev məsələyə aydinlıq gətirdilər
Elşən Abdulrəhimov "Rusiyada belə bir tanınmış və güclü idmançı ilə heç-heçə etmək bizim üçün qələbəyə bərabərdir. Bildiyimə görə Zöhrab rəqibini bir neçə dəfə nokdaun vəziyyətinə da salıb və görüşdə tam üstün olub. Hamımız bilirik ki, bizim idman növündə Rusiyada yerli idmançılara qarşı çıxış edərək qalib gəlmək olduqca çətindir, hətta deyərdim ki mümkün deyil. Ona görə bu heç-heçəni hüquqi cəhətdəndə olmasa, mənəvi cəhətdən qələbə hesab edirəm” deyən baş məşqçi özünü qalib kimi təqdim edən idmançıya bəraət qazandırdı.
Əzimovun şəxsi məşqçisi Hikmət Hacıyev isə bir qədər fərqli fikirlər söylədi:
"Bu görüşü kim görsə, hamı bir nəfər kimi Zöhrabın qalib gəldiyini deyər. Hətta Faroyan özüdə etiraf etdi ki, indiyədək onu heç bir rəqib belə bir çətin vəziyyətə salmamışdır, hakimlər ona hesab açmamışdılar.O və onun komandası hətta əlavə raund keçirməkdən belə imtina etdilər! Amma bir həqiqətdə var ki, hər iki idmançının şəxsi statistikasına rəsmən heç-heçə yazıldı, və görüşrəsmi olaraq heç-heçə ilə bitdi. O ki qaldı Faroyanın bir daha bizimlə döyüşmək istəyinə biz onunla istənilən məkanda, istənilən vaxt bir daha döyüşməyə hazırıq və bu barədə mən onu özümdə məlumatlandıracam” deyərək H. Hacıyev bildirib. (sabahinfo.az)