Emmanuel Adebayor "Crystal Palace" ilə yollarını ayırdıqdan sonra hələ də klubsuzdur. Onun "Lyon"la danışıqlar apardığı deyilsə də, transfer baş tutmamışdı.sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu bu məsələ barədə danışıb. O, 2017-ci ilin əvvəlində keçiriləcək Afrika Millətlər kubokunda iştirak etmək istədiyini bildirib.
"Mən Toqo millisinin kapitanıyam. Afrika Millətlər Kubokunda iştirakdan necə imtina edə bilərəm? Bir fransız Avropa çempionatına getməkdən imtina etsəydi, onu başa düşərdiniz? Fikrimcə, "Lyon"un məni heyətə qatmaması ÇL-da "Dinamo Zagreb"ə qalib gəlməsi ilə bağlıdır. Bir az məyus oldum. Onlara heç lazım deyildimsə, məsələni niyə uzadırdılar? Kifayət qədər gülməli əhvalat alındı".