Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvləri ilə təbii olaraq Azərbaycan təmas saxlayır. Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya erməni İttifaqının üzvləri ilə təmasdadır.
AzVision.azxəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibət bildirərkən deyib.
"Məndə olan məlumata görə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apelyasiya müraciəti müvafiq qayda da baxılacaq və məsələ öz müsbət həllini tapacaq"-deyə o, əalvə edib.