"İstərdim ki, radikal müxalifət bu adı öz üzərindən götürsün" - Əli Əhmədov

"Mən istərdim ki, radikal müxalifət" bu adı öz üzərindən götürsün. Dünyanın hər bir yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm dövlət həmişə ziyan çəkib”.

Sabahinfo.az-ın ONA-ya istinadən məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, radikal müxalifəti xalq tərbiyəli etməlidir. " Çünki onlar xalqdan səs gözləyirlər. Xalqsa, səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir. Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikalçı olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifər dairələri radikalçılığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir”.

Ə.Əhmədov qeyd edib ki, radikalçılıq böyük bir faciə və nöqsandır: "Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.