"Mançester Siti" növbəti mərhələdə

"Mançester Siti" İngiltərə Federasiya Kubokunda növbəti oyununu keçirib.

"Şəhərlilər" 1/32 final çərçivəsində "Vest Hem"in qonağı olublar.

Oyun Pep Qvardiolanın yetirmələrinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə "Mançester Siti" adını növbəti mərhələyə yazdırıb.

"Vest Hem" - "Mançester Siti" - 0:5
Qollar: Yaya Ture, 33; Nordtveyt, 41 (avtoqol); David Silva, 43; Serxio Aquero, 50; Con Stounz, 84