"Real"dakı karyeram ərzindəki ən çətin oyunum idi. "Bavariya" bizə təzyiq göstərirdi. Ancaq biz öz işimizin öhdəsindən gəldik. Bəzi qol epizodlarını dəyərləndirə bilmədik. Heç kim səhvdən sığortalanmayıb. Rəqib də bizim səhvlərimizdən istifadə etdi".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"İki oyunda 6 qol vurduq. Layiqli qələbələr qazanaraq yarımfinala yüksəldiyimizi düşünürəm" - deyə o bildirib.
Z.Zidan hakimlik haqda danışmaq istəmədiyini vurğulayıb: "Ancaq "Bavariya"nın məyusluğunu anlayıram".
"Real"ın çalışdırıcısı onu da qeyd edib ki, görüşün qəhrəmanı hakim yox, het-trikə imza atan Kriştiano Ronaldodur.