"Qalatasaray”ın yeni baş məşqçisinin kimliyi dəqiqləşir. Sabahinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, sarı-qırmızılı klubun keçmiş əfsanəsi 23 ildən sonra geri qayıdacaq.
Bildirilir ki, Hamza Hamzaoğlu ilə yollarını ayıran İstanbul klubu dünən gecə Mustafa Dənizli ilə razılaşma əldə edib və hər an bu razılaşmanın elan edilməsi mümkündür.
M.Dənizlinin köməkçisi postunu isə veteran futbolçulardan Emre Aşık tutacaq.
Qeyd edək ki, M.Dənizlinin rəhbərliyi altında "Qalatasaray” 1988-89-cu il mövsümündə Çempionlar Liqasında yarımfinal oynayıb.