"Qanun qəbul etsək də, bu günə kimi işləmir"

"Biz 3 il öncə pay torpaqları ilə bağlı qanun qəbul etsək də, bu günə kimi işləmir".

Bunu bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, 3 il bundan öncə Milli Məclisdə cənab prezidentin göndərdiyi qanun qəbul edilib: "Qanun kənd təsəstrrüfatı pay torpaqlarının könüllü şəkildə birləşdirilməsi, becərilməsi, əkilməsi haqqında idi. Bu qanun bu günə kimi işləmir. Blirsiniz ki, cənub bölgəsində əkinə yararlı torpaqlar azdır. Ona görə də bu qanun işləməsi cənub bölgəsi üçün əlverişli olar. Çünki 40-50 sot pay torpaqların 10-15 faizi texniki yollara getdiyi üçün 30-40 sot torpaqda aqrar texniki qaydaların heç birinə riyaət etmək olmur. Ona görə də insanların çoxu bu torpaqları əkmir. Əkənlər də gözlədiyi məhsulu ala bilmədiyi üçün əllərini o torpaqlardan çəkirlər. Bu da dövlətimizin neftdən asıllığını aradan qaldırmasına böyük kölgə salır. Mən istərdim ki, bu qanun işləsin. İkinci məsələ bilirsiniz ki, cənub bölgəsi hər zaman çayçılıq və kənd təsərrüfatı ilə məşğul olub. Hələ o dönəmdən Lənkəranda 28 min ton yaşıl çay əkilmişdi. 70-80 il bundan öncə əkilən çay plantasiyaları var idi. 90-ci illərdə hakimiyyətdə olan AXCP rəhbərliyi tərəfindən o çay sahələri məhv edib, sarımsaq əkdilər. Sonrakı dövrdə cənab prezidentin tapşırığı və səyi nəticəsində bu sahəyə böyük vəsait ayırdı. Çay plantasiyaları əkildi və fabriklər tikildi. Bilirsiniz ki, çay sahələri 5-7 ilə məhsul verir. Suyun olmaması çay sahələrin yanmasına, insanların qoyduğu vəsaitin heçə getməsinə səbəb olur. Əvvəl böyük su tutumları var idi. Həmin su tutumları 60-70 ildir ki, işlədilmir. Ona görə də onların içərisi gillə dolub. Xanbulan çayın böyük hissəsi içməli suya yönəlib. Ona görə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən xahiş edərdim ki, artizan quyuları qazılslın və suvarma ilə bu bölgələr təmin edilsin".