Bu gün Premyer Liqanın 11-ci turuna yekun vurulub.
sabahinfo.az-ın məlumatına görə, "Zirə" klubu "Qarabağ"ı qəbul edib.
İlk hissədə qarşılıqlı hücumlar olsada, hesab açılmayıb.
İkinci hissəyə qonaqlar fəal başlayıblar, 69-cu dəqiqədə Dani Kintana hesabı açıb - 1:0. Cəmi 10 dəqiqə sonra Elvin Yunuszadə hesabı fərqi 2 topa çatdırıb - 2:0.
Beləliklə, "Qarabağ" klubu xallarının sayını 25-ə çatdıraraq "Qəbələ" ilə birinci ikinci yerləri bğlüşürlər. "Zirə" isə 14 xalla 4-cü pillədə yer alıb.