"Qarabağ"-"Qəbələ" matçının başlama vaxtı bəlli olub

Azərbaycan Premyer Liqasının XIX turunda  "Qarabağ" və "Qəbələ” futbol komandaları arasında baş tutacaq futbol matçının başlama saatı açıqlanıb.

sabahinfo.az saytı  Ağdam klubunun saytına istinadən xəbər verir ki, fevralın 19-da keçiriləcək görüşün start fiti saat 17:30-da səslənəcək.

 Qeyd edək ki, 18 turdan sonra "Qarabağ" turnir cədvəlində birinci,  "Qəbələ" isə   3 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.