"Qarabağ" əcnəbi futbolçu ilə müqaviləyə xitam verdi

"Qarabağ" əcnəbi futbolçularından biri ilə yollarını qəfil ayırıb. Əl Jadeyui Əl Hərbi daha Ağdam klubunun formasını geyməyəcək.

 

sabahinfo.az  xəbər verir ki, bu barədə futbolinfo.az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov özü məlumat verib. O, mərakeşli futbolçu ilə müqaviləni qarşılıqlı razılıq yolu ilə pozduqlarını deyib.