"Qarabağ" və "Qəbələ"nin rəqibləri bilindi

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Monakoda keçirilən püşkatma nəticəsində "Qarabağ” və "Qəbələ”nin rəqibləri bəlli olub.

"Qəbələ” C qrupunda Anderlext, Sent-Etyen və Maynzla mübarizə aparacaq.

"Qarabağ” isə J qrupunda Fiorentina, PAOK, Slovan komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Avroliqada qrup mərhələsinin oyunları sentyabrın 15-i və 29-u, oktyabrın 20-si, noyabrın 3-ü və 24-ü və dekabrın 8-də keçiriləcək.