"Qarabağ"ın yeni transferi Samuel Armenteros Bakıya gəlmək üçün viza problemi ilə üzləşib.
Sabahinfo.az-ın qaynar.info-ya istinadən xəbər verir ki, kubaəsilli isveçli hücumçu bu gün artıq Bakıda olmalı idi. Ancaq onun viza ala bilməməsi səfərin təxirə düşməsinə səbəb olub.
Armenterosun artıq viza məsələsini bu gün həll edib sabah səhər Bakıya yola düşəcəyi gözlənilir. O, Hollandiyada oynadığı üçün bu ölkədə yaşayır və məhz ordan Bakıya gələcək. Bir sözlə, Samuel meneceri ilə birlikdə sabah axşam saatlarında ölkəmizdə olmalıdır. Bundan sonra o, "Qarabağ"la 1+1 şərti ilə müqavilə bağlayacaq. Daha sonra "Anderlext"in sabiq hücumçusu qız dostu və uşağını da Bakıya gətirməyi düşünür.