Bu gün Topaz Premyer Liqasında təxirə düşən qarşılaşma baş tutur.
Sabahinfo.az-ın məlumatına görə, Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qəbələ” doğma meydanında "Sumqayıt”ı qəbul edəcək. Roman Qriqorçukun tələbələri bu qarşılaşmada qalib gələcəyi təqdirdə Premyer Liqada zirzəyə qalxacaq. Ardıcıl 4 oyunda qol buraxmayan əyalət klubunun 10 xalı mövcuddur.
Hazırda liqaya 5 oyuna 12 xal toplayan "Qarabağ” rəhbərlik edir.
Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutur.