"Real" Benzema ilə danışıqlara başladı

"Real" futbolçusu Kərim Benzema ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu fransalı hücumçu ilə müqavilənin müddətini2021-ci ilə qədər uzarmaq istəyir.

Qeyd edək ki, K.Benzema bu mövsüm La Liqada oynadığı 23 matçda 22 qol vurub, 5 qolun ötürməsini verib.

Əlavə edək ki, K.Benzema ilə "Arsenal"ın da maraqlandığı iddia edilir.