Türkiyə ölkədə hərbi çevrilişə cəhd zamanı hakimiyyətə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdardır.
sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu AŞ PA-nın iclasında deyib.
M.Çavuşoğlu qeyd edib ki, Türkiyədə demokratiya naminə və hərbi çevrilişə qarşı mitinqlər zamanı Azərbaycan Türkiyəni dəstəkləyərək bu cür yürüşlər keçirib.