Kriştianu Ronaldo"Real"ın baş məşqçisi postundaZinəddin Zidanın qalmağını istəyir.
Sabahinfo.az Qol.az-a istinadənxəbər verir ki, ulduz futbolçu klubun rəsmi saytına açıqlamasında fransalı mütəxəssisə simpatiyasını ifadə edib.
"Fikrimcə, Zidanla özümüzü daha dəyərli hiss edirik. Onun təsirini hiss edirik. Adaptasiya prosesinin asan getmədiyini bilirik. Amma hadisələr tez cərəyan edir. Zidana görə şadam. Ona futbolçu və məşqçi kimi simpatiyam var. Futbolçuları seçmək üsulunu bəyənirəm. Zidan "Real"ın sükanı arxasında görmək istədiyim məşqçidir".
Ronaldo 2014-cü ildə Madrid klubunun Çempionlar Liqasında qalib olduğu final görüşünü də xatırlayıb.
"Real"da həmin mükafatı qazanmaq gözəl, xüsusi bir hiss idi. Çempionlar Liqası nüfuzlu turnirdir və Lissabonda, portuqaliyalıların önündə titula sahib çıxmaq mənim üçün xüsusi bir şeydi. Bu mövsüm 1/4 finalda "Volfsburq"a 3 top fərqilə qalib gəlməliydik. Mən 3 qol vurdum. Həmin gecə möhtəşəm alındı. Qollar vurduğuma görə yox, hər şey gözəl idi".