5 aylıq hamilə olan qalmaqallı müğənni Şəbnəm Əsədova yaman əsəbiləşib.
BiG.AZ xəbər verir ki, onun haqqında yazılan fikirlər Şəbnəmi əməlli-başlı özündən çıxarıb.
O, üzünü həmin insanlara tutaraq bunları deyib:
"Nə olub hamıya? Niyə Şəbnəm xanımı bu qədər incidirsiniz? Siz heç hamilə olmamısınız? Heç biriniz hamilə olanda şəkil paylaşmamısınız? İşiniz, gücünüz yoxdur, Şəbnəmi güdürsünüz?
Şəkil paylaşan kimi cumursunuz şərhlərə. Niyə? Səbəb? Nəsə yazanda əlinizə nə keçir? Sadəcə ürək bulandırırsınız. Belə yaxşı insanlarsınızsa artıq-əskik heç nə yazmayın. Heç kəsin ağlına fikrinə ehtiyacım yoxdur. Hər kəs öz həyatını yaşayır. Bundan sizə nə? Yazanların əksəriyyəti xanımdır. Özünə hörmət qoyan Şəbnəm haqqında heç nə yazmaz. Onun kifayət qədər sevəni var. Fikriniz də sizə qalsın".